
Avro-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Bolqarıstan komandası dünən Malta ilə (1:1) oyunda qələbə qazana bilməyib. Sportnet.az-ın məlumatına görə, Bolqarıstan Futbol Federasiyasının (BFF) prezidenti Borislav Mixaylov alınan nəticəyə görə məyus olduğunu bildirib.
Prezident biabrçı oyuna görə millinin futbolçularını günahlandırıb: "Aydın görsənir ki, futbolçular ya oynamaq istəmirlər, ya da formada deyillər. Oyunçularımıza çox məyus oldum. Görünən odur ki, futbolçularımız ya oynamaq istəmirdilər, ya da bacarmırdılar”.
O həmçinin qeyd edib ki, millinin baş məşqçisi Lyubo Penev bu nəticədən sonra istefa vermək hüququna malikdir: "Lyubo Penev istefa vermək hüququna malikdir. İcraiyyə Komitəsi buna cavab verəcək. Futbolçular isə azarkeşlərdən üzr istəməlidirlər”.
Preziden fikirlərini belə tamalayıb: "Futbol kişi oyunudur. Mən digər nəticələri bəhanə etmək istəmirəm. Bunu onlara paltardəyişmə otağında demişəm. 70 oyun millinin kapitanı olmuşam. Belə biabırçılıq hələ görməmişdim. Futbolda bu olmamalıdı”.
Qeyd edək ki, Bolqarıstan millisi evdə Malta ilə heç-heçə oynayıb - 1:1.