Avropa Olimpiya Komitəsinin Bakıda
keçiriləcək 43-cü Baş Assambleyası üçün Ermənistan Milli Olimpiya Komitəsinin
(MOK) nümayəndə heyətinin tərkibi açıqlanıb. Sportnet.az-ın məlumatına görə,
Azərbaycan paytaxtına MOK-un baş katibi Qraçya Rostomyan və idarə rəisi Vaginak
Qalstyan gələcək.
Gündəlikdə duran əsas məsələlərdən biri 2015-ci il iyunun
12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunları olacaq. Baş Assambleya
noyabrın 21-də işə başlayacaq. İki gün davam edəcək toplantıya Avropa Olimpiya
Komitəsinin (EOC) prezidenti Patrik Hikkidən əlavə, Beynəlxalq Olimpiya
Komitəsinin prezidenti Tomas Bax da qatılacaq. İclas iştirakçıları Oyunlar üçün
tikilən idman qurğularına baş çəkəcək, hazırlıq işlərinin gedişi ilə
maraqlanacaqlar.
Qeyd edək ki, Baş Assambleya 2 gün davam edəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |