
Danimarka Qadınlar Futbol Liqasında mübarizə aparan "Brondbü" komandasının futbolçuları, 3:2 hesabı ilə qalib gəldiklər "Fortuna" matçından sonra sosial mediada nümayiş etdirdikləri qalibiyyət pozu böyük əks-səda doğurub. Sportnet.az-ın məlumatına görə, bu həftənin sonunda oynadıqları "Fortuna Hjorring" ilə oyunda çətin də olsa qalib gələn komandanın böyük sevinci soyunma otağında da davam edib.
Qalibiyyətlə birgə soyunma otağında sevinən qadın futbol komandasının kapitanı Tereza Nilsenin çəkdiyi və "İnstagram" hesabından paylaşdığı fotoşəkil isə hər kəsin diqqətini çəkib. Belə ki, bəzi qadın futbolçular arxaları dönük, çılpaq poz veriblər. Bu hadisə Danimarka idman mətbuatında günün mövzusu olub.