Bakı 2015 Avropa Oyunları bu gün İlk Avropa
Oyunlarının idman elçiləri olacaq on bir Azərbaycan idmançısını elan etmişdir. Sportnet.az-ın məlumatına görə, idmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçilmişlər
və qarşıdan gələn oyunlarla bağlı marketinq kampaniyalarında iştirak edəcəklər.
Onlar növbəti yay keçiriləcək tədbirin bütün Azərbaycanda təbliğ edilməsində
iştirak edirlər.
Açılış mərasimi yaxınlaşdığından, onlar həmçinin Bakı 2015-in geniş şəkildə qeyd
ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər.
Seçilmiş
idmançılar bunlardır: Suğra Müqabilzadə (Oxatma), Nazim Babayev (Yüngül
Atletika), Amil Həmzəyev (Basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov
(Velosiped idmanı), Səbinə Mikina (Qılıncoynatma), Marina Durunda (Gimnastika),
Elmar Qasımov (Cüdo), Ceyran Əliyeva (Voleybol), Rövşən Bayramov və Mariya
Stadnik (Güləş).
Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı 2015-in Baş İcraçı Direktoru Azad Rəhimov seçilmiş idmançılar haqqında fikirlərini bildirib: "Bu idmançılar ölkənin ən yaxşı idmançılarından bir neçəsidir və onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər. Biz onlardan Bakı 2015-in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək.”
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də öz fikirlərini bölüşüb: "Biz İdman elçiləri proqramı üzrə Bakı 2015 ilə birgə çalışmaqdan məmnunluq duyuruq. Bakı 2015 idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır və İdman elçiləri proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq.”
Bakı 2015 İdman elçiləri proqramı beynəlxalq kampaniyalar vasitəsilə Avropa Oyunları haqda dünya miqyasında məlumatlılığın artırılmasına kömək edəcək tanınmış elçiləri də cəlb edəcək.
Bakı 2015-in
Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq dəstəyə görə Azərbaycan idmançılarına təşəkkür edib: "İdman elçiləri
proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropadan qalib olacağına
ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu
olacağına əminik. Göstərdikləri
köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür etmək istərdik və irəlidən
gələn aylarda Bakı 2015-in təbliğ edilməsində onlarla birgə çalışmağı
səbirsizliklə gözləyirik”.