
Belçika millisinin futbolçuları Kevin de Breyne və Tibo Kurtuanın eyni qızla olan əlaqələri sosial internet aləminin diqqət mərkəzindədir. Sportnet.az-ın məlumatına görə, keçmiş sevgilisi Karolin Leynen de Breyneni Kurtuaya dəyişdiyini etiraf edib.
Ancaq o birinci Breynenin ona xəyanət etməsi səbəbindən bu addımı atdığını bildirib: "Kevin mənə xəyanət edib. Onun valideynləri bu haqda danışaramsa, məni məhkəməyə verəcəklərini deyirdilər. Buna görə də mən aylarla susdum. Məni sıxırdılar və Kevinlə əlaqə yarada bilmirdim”.
Leynen bu haqda indi danışmasına belə aydınlıq gətirib: "Mən çox dözdüm. Ancaq Kevin öz kitabında mənim onu Tibo ilə dəyişdiyimi yazanda qərara gəldim ki, susmayacağam. 2012-ci ilin yayında Kevin dedi ki, o, ən yaxşı rəfiqəmlə görüşərək, mənə xəyanət edib. De Brenyenin mən və o arasında seçimi var idi. Ona ikinci şans verməyə hazır idim, ancaq münasibətlərimiz əvvəlki kimi deyildi”.
Karolin daha sonra Kevinə xəyanət etməsinin səbəbini də deyib: "Mən Madridə getməyi qərara gəldim. Hətta Kevin də bu qərarı yaxşı qarşıladı. Əvvəlcədən bu haqda onunla söhbətim oldu. Ancaq sonra baş verməməli hadisə baş verdi. Həmin gecə Tibo mənə 3 il ərzində Kevindən ala bilmədiyimi təklif etdi. Tibo ilə hər şey haqda danışa bilirdik. O mənə əla nahar hazırladı. Kevin heç vaxt bunu etməmişdi. O mənə xəyanət edib. Mənim də ağlıma belə bir ideya gəldi: Nəyə görə mən də ona xəyanət etməyim?”
Verilən məlumatlara görə, futbolçular artıq özləri arasında məsələni həll ediblər. Belçika Futbol Federasiyasının mətbuat nümayəndəsinin bildirdiyinə görə, Tibo ilə Kevin indi bu xəbərlərə gülürlər.