Rusiyanın
Çuvaşiya Federal vilayətindən olan velosipedçi Nikita Vasiliyev Dünya turu
çərçivəsində Azərbaycanda olub. Sportnet.az-ın məlumatına görə, yaşadığı Çeboksarı şəhərindən 7 ay öncə səyahətə
başlayan velosipedçi 6000 km
məsafə qət etdikdən sonra ölkəmizə gəlib.
Azərbaycan
Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevlə görüş zamanı Nikita
Vasiliyev öz səfəri haqda ətraflı məlumat
verib. O deyib ki, Azərbaycandan sonra Gürcüstan - Türkiyə marşrutu üzrə
hərəkət edəcək və səfərini 5 aydan sonra yekunlaşdıracaq.
Rusiyalı velosipedçiyə uğurlar arzulayan Fərhad Əliyev ona Azərbaycanda bu idman növünün inkişafı barədə məlumat verib. Federasiya rəsmisi bu cür səfərlərin xalqlar və dövlətlər arasında dostluq münasibətlərinə müsbət təsir göstərdiyini də sözlərinə əlavə edib.