"Mən müqaviləni səbəbsiz yerə pozmuram.
Xəbəri olanlar nəyə görə bu qərarı verdiyimi bilirlər”. Sportnet.az-ın
məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan
Robert Prosineçki haqqında deyilənlərə açıqlama gətirərkən deyib.
Prosineçki
Türkiyə "Kayserispor"undan fərqli olaraq, millimizi irəli aparmaq
üçün əlindən gələni etməyə çalışacağını söyləyib: "Mən müqaviləni səbəbsiz
yerə pozmuram. Xəbəri olanlar nəyə görə bu qərarı verdiyimi
bilirlər. Aramızda bəzi problemlər oldu. Amma burada belə olmayacaq. Bütün
şərtlərdə razılığa gəlsək, çalışacağam ki, Azərbaycan millisini irəli
aparım".
Xorvatiya
yığmasının Azərbaycan millisini 6:0 hesabı ilə yendiyi görüşə də toxunan
Prosineçki deyib ki, futbolda belə oyunlar olur: "Həmin matçı Azərbaycan
millisi İtaliya və Bolqarıstanla daha öncəki görüşlər kimi yaxşı keçirə
bilmədi. Xorvatiyalı futbolçular da vurduqları bütün zərbələri qola
çevirirdilər. Mən də əlimdən gələni edəcəyəm ki, bir də belə hallar
təkrarlanmasın. Bilirəm ki, həmin oyunda yığmanız öz oyununu göstərə bilmədi.
Rəqib də güclü idi, imkan vermədi. Amma komandanızın potensialından və nəyə
qadir olmasından xəbərdaram. Çalışacağıq ki, gələcəkdə bunu göstərək".
Prosineçki bir daha tələsməməyi məsləhət görüb: "Bir-iki gün hövsələniz olsun. İndiyədək gördüklərimdən razıyam. Bu gün oyunu canlı izlədim, millinin bəzi futbolçularını gördüm. Tam narazı qalmadım, razıyam. Şərtlər də yaxşıdır. Şəhər də xoşuma gəldi. AFFA rəhbərliyi ilə söhbət aparmalıyıq. Bir neçə məsələni həll etməliyik. Dəqiq cavabımı biləcəksiniz".