 

AFFA-nın İcraiyyə Komitəsinin növbəti
iclası dekabrın 3-də AFFA-nın inzibatı binasında keçiriləcək. Sportnet.az-ın məlumatına görə, saat 11:00-da keçiriləcək iclasda millinin baş məşqçisi təsdiqlənəcək. 
	
	
Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
	
	
1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
5. Digər məsələlər.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































