Serbiya millisinin baş məşqçisi açıqlandı. Sportnet.az-ın məlumatına görə, bu posta Radovan Çurçiç gətirilib.
42
yaşlı mütəxəssis Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Danimarkaya 1:3
hesablı məğlubiyyətdən sonra istefa verən Dik Advokatı əvəzləyib.
Çurçiç
bundan öncə Serbiyanın gənclərdən ibarət millisinin baş məşqçisi kimi çalışıb. Onun
rəhbərliyi altında komanda Avropa çempionatının final mərhələsinə vəsiqə
qazanıb.
Dik
Advokatın gedişindən sonra Radovan Çurçiç ilk qarşılaşmada Yunanıstan millisini
yoldaşlıq matçında məğlub edib – 2:0.
Baş məşqçi ilə DÇ-2018 sonuna qədər müqavilə bağlanılıb.