
Sportnet.az saytında uzun müddət davam edən "Milli
komandanın baş məşqçisi kim olsun?" sorğusuna yekun vurub. Sorğuda
ümumilikdə 411 nəfər səs verib.
Təqdim olunan sorğuda oxucuların ixtiyarına 5 seçim verilmişdi. Onlardan üçü –
Mahmud Qurbanov, Kaxaber Tsxadadze və Qurban Qurbanovdur. Digər iki variant isə
"Başqa yerli məşqçi” və "Başqa əcnəbi məşqçi”dir.
Ən çox səsi mili komandamızı Norveçlə oyuna çıxardan müvəqqəti məşqçi Mahmud
Qurbanov yığıb. Gənc mütəxəssis 37,23 % səslə (153 nəfər) ilk sırada qərarlaşıb.
İkinci
yeri son vaxtlar "Qarabağ” klubu ilə adından söz etdirən daha bir gənc məşqçimiz
Qurban Qurbanov tutub. Onun aktivində 30,17 % səs (124 nəfər) var.
"İnter”
klubunun baş məşqçisi Kaxaber Tsxadazenin milli komandamızın baş məşqçi
postunda görmək istəyənlərin sayı 11, 68 % təşkil (48 nəfər) edib.
Millinin sükanı arxasında başqa əcnəbi məşqçininin olmasını arzulayanların sayı isə 11,44 % olub (47 nəfər).
Sorğu
iştirakçılarının 9,49 %-i isə (39 nəfər) başqa yerli məşqçinin milli komandaya
rəhbərlik etməsinin tərəfdarı olublar.
Nəticələrdən də məlum olduğu kimi milli komandaya daha çox yerli məşqçilərin rəhbərlik etməsi arzu olunur.