
Fransa
1-ci Liqasında mübarizə aparan "Bastiya” klubunun yarımmüdafiəçisi Brandao Paris
məhkəməsi tərəfindən həbs olunub. Sportnet.az-ın məlumatına görə, braziliyalı
futbolçu 1 ay həbs və 20 min avro pul cəzası alıb.
Buna
səbəb futbolçunun PSJ klubunun oyunçusunun üzünə başı ilə zərbə endirməsidir.
Fransa çempionatının 16-cı turu çərçivəsində PSJ ilə keçirilən qarşılaşmadan
sonra soyunma otağına gedən yolda Brandao rəqib komandanın futbolçusu Tiaqo
Mottanın burnunu qırıb. Bundan sonra o, komandasının soyunma otağına qaçıb. Hadisə
təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.
Təqsirləndirilən
futbolçu Mottanın oyun ərzində onu əsəbləşdirdiyini, ancaq bu hərəkətinin
qəsdən etmədiyini bildirib.
Qeyd edək ki, Fransa Futbol Federasiyası etdiyi hərəkətə görə Brandaonu 6 aylıq dikvalifikasiya etmişdi.