Bu
gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına
görə, iclasın gündəliyində bir sıra məsələlər müzakirə olunub.
Gündəliyin əsas məsələlərindən biri olan millinin baş məşqçi postuna namizədin təsdiqlənməsi idi. İcraiyyə Komitəsi artıq Robert Prosineçkini baş məşqçi
postuna təsdiqləyib. 45 yaşlı xorvatiyalı ilə 3 illik müqavilə imzalanıb.
U-21 millisinə ilə bağlı yekun qərar hələ verilməyib. Bu posta ən yüksək səviyyəli baş məşqçi cəlb olunacaq.
Yığma məşqçilərinin ümumilikdə illik maaşı 1 milyon 200 min manat olacaq.
AFFA İK-nin üzvü Mahir Məmmədov Vaqif Sadıqovun Məşqçilər Şurasına baş məşqçi təyin olunduğunu bildirib.
Onun sözlərinə görə, şuraya 5 nəfər üzv olacaq.
Mahir Məmmədov millinin baş məşqçi postuna Prosineçkinin 40 namizəd arasından seçildiyini bildirib.