Bu
gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın
məlumatına görə, iclasda İcraiyyə
Komitəsinin üzvü, bu ilin avqust ayında dünyasını dəyişmiş Ələkbər Məmmədovun
xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Müzakirələrdən sonra bir sıra qərarlar
qəbul edilib.
Qərarlarla sizi tanış edirik:
1. AFFA-nın Məşqçilər Komitəsi
yaradılsın, komitənin Əsasnaməsi təsdiq olunsun. Vaqif Sadıqov Məşqçilər Komitəsinin sədri, Ağasəlim Mircavadov,
Şahin Diniyev və Böyükağa Hacıyev üzvləri təyin olunsun.
2. Robert Prosineçki Azərbaycan milli komandasının
baş məşqçisi təyin olunsun. Prosineçki ilə 3 illik müqavilə imzalansın.
3. U-21 yığma komandasının baş məşqçisi
Bernhard Lippertin istefası qəbul olunsun və o, AFFA-nın Texniki direktoru
vəzifəsində fəaliyyətini davam etdirsin. U-21 yığmasının baş məşqçisi
vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi AFFA-nın baş katibliyinə
tapşırılsın və namizədlər barədə AFFA rəhbərliyinə məlumat verilsin.
4. AFFA-nın Klublar Komitəsi yaradılsın və
komitənin Əsasnaməsi təsdiq olunsun.
5.AFFA-dan təqaüd almaq üçün müraciət etmiş adları aşağıda göstərilən futbol veteranlarına AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq təqaüd verilsin:
İbrahim Bağırov
Məmmədnağı Babayev
Mehdi Qasımov
Vaqif Hüseynov
Vladimir Foyodorov