1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Məmmədov: "Bu adam həddən artıq hazırlıqlı gəlib" - MÜSAHİBƏ
AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədovun Sportnet.az-a müsahibəsi
- Necə oldu ki, məhz Robert Prosineçkinin Azərbaycan millisinə baş məəşqçi təyinatına razılıq verdiniz?
- Baş katib Elxan Məmmədov Berti Foqtsun istefasından sonra keçən dövr ərzində kimlərlə danışıqlar aparmalarından danışdı. Dedi ki, çoxlu sayda mütəxəssislə görüşlər olub. Hər bir namizəd barəsində ətraflı məlumat verildi, müzakirələr aparıldı. Sonda yekdil fikir bu oldu ki, Robert Prosineçki baxılan 40 namizəd arasında ən layiqli, ən optimal namizəddir. Nəticədə onun namizədliyi AFFA İcraiyyə Komitəsi tərəfindən qəbul olundu.
- Nəyə əsasən, uzunmüddətli müqavilə bağlanıldı?
- Millinin belə pis vəziyyətində Prosineçkini cəmi 6 oyunluq gətirmək düzgün olmazdı. Rövnəq müəlllimin də tövsiyyəsi belə oldu. Ona görə də müqavilənin 3 il müddətinə bağlanılması qərara alındı.
- Prosineçkinin qarşısına qoyulan konkret məqsədlər nədən ibarətdir?
- Əsas məqsəd hazırkı seçmə tsikldə son oyunları layiqincə keçirməkdir.
- Onun seçimində hansı məsələlər əsas rol oynayıb?
- Bu adam son vaxtlar Azərbaycan futbolunu dərindən izləyib. Görüşə həddən artıq hazırlıqlı gəlib. Böyük oyunçu karyerası olub, böyük ambisiyaları var, Xorvatiya yığmasında Slaven Biliçin köməkçisi kimi çalışıb, orada uğurlu məşqçi karyerası olub. Bakıda qalmaq, öz ailəsini bura gətirmək, övladlarının Azərbaycanda təhsil almalarını istəyir. Biz onun oyunçu və məşqçi bioqrafiyasına da nəzər saldıqdan sonra qərara gəldik ki, baş məşqçi vəzifəsinə təyin edək. Özü də iclasın sonunda gəldi, çıxış etdi. Belə deyək, bizi inandırdı.