Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçkinin
köməkçiləri bəlli olub. Sportnet.az-ın
məlumatına görə, xorvatiyalı mütəxəssisə həmvətənləri yardımçı
olacaq.
Xorvatiya mətbuatında yer alan xəbərə əsasən, 45 yaşlı
mütəxəssisin köməkçiləri Yanko Yankoviç, Qordan Çipriç və Draqan Spaşiç olacaq.
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisinin sükanı arxasındakı ilk rəsmi matçına Malta millisi ilə oyunda çıxacaq.