Rumıniya futbolunda maraqlı hadisə yaşanıb. Sportnet.az-ın
məlumatına görə, ölkənin ən köklü və məhşur klubu olan Buxarest "Styaua”sının
qurulduğu ildən bu yana istifadə etdiyi loqo, ad və rənglərindən istifadəyə
qadağa qoyulub.
Rumıniya prokurorluğu 1988-ci ildə Gici Becali tərəfindən
satın alınan "Styaua” klubunun loqo, ad və rənglərindən istifadə haqqını əlindən
alıb.
Bu qərarın ardından komanda Rumıniya Premyer
Liqasının ilk matçında "CSMS
IAŞI” ilə qarşılaşan komandanın stadionda, hesab
tablosunda, ehtiyat oyunçular skamyasında olan loqoları gizlədilib. Bundan əlavə
futbolçuların geyindiyi formaların üzərindəki loqolar da bağlanılıb. Hesab
tablosunda isə "Styaua Buxarest” adının yerinə "Ev sahibi” yazısı yazılmışdır.
Qurulduğu 1947-ci ildə "Styaua” Buxarest Milli Müdafiə
Nazirliyinə bağlı bir klub olduğu üçün məhkəmə, ad, loqo və rəng haqqlarının
hamısını nazirliyə verib. Vəziyyətin dəyişməsi isə ancaq Müdafiə Nazirliyi ilə "Styaua”
klubu arasında anlaşmanın baş verə biləcəyi təqdirdə mümkün olacaq.