
Beynəlxalq Olimpiya Komitəsi (IOC), kosovalı atletlərin 2016-cı il Yay Olimpiya
Oyunlarına qatılması qərarını təsdiqlədi.
Serbiyadan ayrılaraq müstəqilliyini 2008-ci ildə elan edən Kosova, IOC-un tanıdığı 205-ci
ölkə oldu. Gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına qatılacaq olan Kosova, Braziliyadakı
2016-cı il Yay Olimpiya Oyunlarına da 10 atlet göndərməyi planlaşdırır.
Qeyd edək ki, BMT-ə üzv 193 ölkədən 108-nin tanıdığı Kosova, hələ BMT
tərəfindən tanınmır.