Braziliyalı ulduz
futbolçu Ronaldinyo müqavilə ilə məxsus olduğu Meksikanın "Keretaro” klubunun
düşərgəsinə qayıdıb. Sportnet.az xəbər verir ki, şimali amerikalılar
bildirmişdilər ki, əgər Ronaldinyo həftənin cümə gününə qədər klubun düşərgəsinə
qoşulmasa, onunla müqaviləni ləğv edəcək.
Lakin "sambaçı”
artıq heyətə qoşulub. O, tibbi müayinədən keçdikdən sonra məşqlərə start verəcək.
Qeyd edək ki, Ronaldinyo "Keretaro”. Klubunun prezidenti tərəfindən axtarışa verilmişdi. O, klubun düşərgəsini özbaşına təkr etdiyi üçün meksikalılar belə addım atmışdı. Sonradan məlum oldu ki, ulduz futbolçu ailəsini görmək üçün vətəninə gedib.