Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun oyunlarına start veriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın yer aldığı qrupun hər iki oyunu Bakıda keçiriləcək.
İlk olaraq Portuqaliya və Serbiya yığmaları üz-üzə gələcək. Qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Matçın start fiti saat 13:00-da səslənəcək.
Növbəti oyunda isə Azərbaycan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Mirbağır İsayevin yetirmələri "Bakcell Arena"da xorvatiyalı həmyaşıdlarını məğlub etməyə çalışacaq. Millinin matçı saat 16:30-da başlayacaq.
Avropa çempionatı elit-round
13:00. Portuqaliya - Serbiya - 0:0
Hakimlər: Endryu Dallas, Qrem Stüart (hər ikisi Şotlandiya), Namiq Hüseynov, Rəhim Həsənov (hər ikisi Azərbaycan)
Ehtiyat oyunçular: 12. İvan Nevistiç, 13. Marin Karamarko, 14. Maksim Oluiç, 15. Marko Pruqoveçki, 18. Marko Qjira, 17. İvan Markota
Azərbaycan: 1. Murad Popov, 2. Ruslan Bediyev, 3. Anton Krivotsyuk, 5. Xəyal Əmirli, 14. Kənan Zülfüqarov, 10. Murtuzəli Abakarov, 13. Hacıağa Hacıyev (kap.), 8. Yusif Cəfərov, 9. Qara Qarayev, 11. Oruc İsmayılov, 17. Famil Camalov
Hakimlər: Dimitrios Massias, İoannis Lazarou (hər ikisi Kipr), Andreas Heydenreyx, Dominik Ouşan (hər ikisi Avstriya)
Qeyd edək ki, milli komandanın növbəti rəqibi Portuqaliya olacaq. Komandalar martın 19-da qarşılaşacaqlar. Qrupun son oyununda isə Azərbaycan Serbiya səddini keçməyə çalışacaq. Cütlüyün görüşü martın 22-də baş tutacaq.