
Görüş "qırmızı şeytanlar"ın qələbəsi ilə yekunlaşıb. Ardından səhnəyə Azərbaycan və Ukrayna yığmaları çıxıb. Məhz bu görüş Avropa çempionatına birbaşa vəsiqənin taleyinə aydınlıq gətirib. İki turdan sonra Azərbaycan və Ukrayna milli komandaları 6 xol toplamış, amma top fərqinə görə millimiz turnir cədvəlində birinci yerdə qərarlaşmışdı. Bu isə o demək idi ki, qrup qalibi kimi birbaşa vəsiqəyə yiyələnmək üçün komandamıza heç-heçə də kifayət edirdi. Amma yığmamız məğlubiyyətdən qurtula bilməyib. Nəticədə qrup lideri kimi birbaşa vəsiqəyə bütün görüşlərini qələbə ilə başa vuran Ukrayna yiyələnib. Millimiz isə qrup ikincisi olaraq, "pley-off"a yüksəlib. Həmin mərhələ sentyabrın 15-də və 22-də keçiriləcək.
Qollar: Bilotserkivets, 4. Sorokin, 26. İvanyak, 32 - Eduardo, 30. Rafael, 39
Baş məşqçi: Aleksandr Kosenko
Baş hakim: Faustino Peres