Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda 2-ci qrupun son tur qarşılaşmaları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, artıq bütün şanslarını itirmiş Azərbaycan yığması Serbiya ilə üz-üzə gələcək.
"Bakcell Arena"da təşkil ediləcək görüşü avstriyalı referi Dominik Ouşan idarə edəcək. Eyni saatda "Bakı" klubunun təlim-məşq bazasında Xorvatiya Portuqaliyanı sınağa çəkəcək. Qarşılaşmaya baş hakim qismində şotlandiyalı Endryu Dallas təyinat alıb.
İlk 2 turdan sonra xalsız və qolsuz olan millimiz sonuncu pillədə qərarlaşıb. Serbiya isə 1 xalla 3-cü pillədədir. Qrupa 6 xala malik Xorvatiya başçılıq edir. 2-ci pillədəki Portuqaliyanın 4 xalı var.
Avropa çempionatı, elit-raund, 2-ci qrup
16:30. Xorvatiya - Portuqaliya 1:0
16:30. AZƏRBAYCAN - Serbiya - 0:4
Qollar: Todoroviç, 20. Stanisavliueviç, 28. Mehmedoviç, 46. Panoviç, 77.
Qeyd edək ki, elit-raund mərhələsində üst-üstə 8 qrupun qalibləri və ikinci yeri tutanlardan 7 ən yaxşısı mayın 6-dan 22-dək Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.