1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cerrard 38 saniyəyə qovuldu və üzr istədi
İngiltərənin "Liverpul" klubunun kapitanı Stiven Cerrard "Mançester Yunayted"lə ölkə çempionatının 30-cu tur matçında meydana girdikdən cəmi 38 saniyə sonra qırmızı vərəqə alıb. Sportnet.az-ın məlumatına görə, 46-cı dəqiqədə təcrübəli yarımmüdafiəçi rəqib oyunçu Ander Erreranın sərt sürüşmə fəndi qarşılığında ayağından vurub.
Oyundan sonra Cerrard referinin qərarını düzgün saydığını bildirərək, komanda yoldaşları və azarkeşlərdən üzr istəyib: "Bütün məsuliyyəti öz üzərimə götürürəm. Bilmirəm nəyə görə belə etdim. Bilmirəm. Ehtimal ki, sürüşmə fəndinə reaksiya idi. Bu barədə nə isə deməməliyəm. Komandamdan və azarkeşlərimizdən üzr istəyirəm".
Qeyd edək ki, görüş "Mançester Yunayted"in 2:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb. "Qırmızı şeytanlar"ın hər iki qolunu Xuan Mata vurub. Üstəlik, 90+4-cü dəqiqədə Ueyn Runi penaltini yerinə yetirə bilməyib. "Liverpul"dan isə Deniel Starric fərqlənib.