Bu gün UEFA-nın XXXIX növbəti Konqresi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.
Konqresin Gündəliyindəki əsas məsələlər UEFA prezidenti vəzifəsinə, həmçinin UEFA-nın və FIFA-nın İcraiyyə Komitəsinin üzvü vəzifələrinə seçkilərdir.
Qeyd edək ki, konqress Avstriyanın paytaxtı Vyanada keçiriləcək.