
Almaniyanın II Bundesliqasında son turun görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, "Karlsrue" klubu "Münhen 1860"ı qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov "Karlsrue"nin heyətində 90 dəqiqə çıxış edib və 79-cu dəqiqədə sarı vərəqə alıb.
Paralel matçda "Darmştadt" "Sankt-Pauli"ni 1:0 hesabı ilə yenərək, 2-ci yeri tutub və çempion "İnqolştadt"la birgə Bundesliqaya birbaşa vəsiqə qazanıb. 3-cü olan "Karlsrue" isə bu vəzifənin öhdəsindən gəlmək üçün yüksək liqanı 16-cı pillədə başa vurmuş "Hamburq"u "pley-off"da yenməlidir. Oyunlar mayın 28-də və iyunun 1-də keçiriləcək.