
"Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev İntizam Komitəsinin qərarını pozub. Sportnet.az-ın məlumatına görə, Komitəsi tərəfindən 10 oyunluq stadiona giriş qadağası qoyulmuş klub rəsmisi cəzadan sonra "Qaradağ Lökbatan” - "Şəmkir” matçında stadionda olub.
Bu səbəbdəndə klub prezidentinə verilmiş cəzaya 1 oyun stadiona giriş cəzası əlavə olunub. Bu hal yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.
Qeyd edək ki, Tahir Mustafayevin cəzalı olduğu halda oyunda iştirak faktını "futbolinfo.az" saytı üzə çıxarıb.
Qeyd edək ki, Tahir Mustafayevin cəzalı olduğu halda oyunda iştirak faktını "futbolinfo.az" saytı üzə çıxarıb.