
Çempionlar Liqasının qalibi "Real Madrid" Dubayda oynadığı hazırlıq matçında "Milan"a 2:4 hesabı ilə məğlub olub. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın ilk yarısında forma geyinən Kristianu Ronaldu cəmi bir qol vurduğu halda, matçın ulduzu 2 qol vuran "Milan"ın Misir əslli ulduzu Stefan El Şaaravi olub.
Oyunun əvvəlində məşhur tennisçi Novak Cokoviçin topla etdiyi hərəkətlər "Real Madrid"li oyunçuları heyrətləndirib.