Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2016" superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə Rauf Məmmədovla görüşü haqda fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Karyakin nəticədən razı qaldığını bildirib: "Rəqibin gözləmədiyi gedişi etdim. Əvvəlcədən hazırlaşdığım taktikanı işlətdim. Heç-heçə ədalətli nəticədir. Çünki, bu oyunu ağlarla oynamışam. Ona görə də heç-heçəylə başa çatdığını bilirəm. Məmmədov yaxşı şahmatçıdır, çox diqqətli oynayırdı".
Dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə görüşəcək Karyakin Şəmkirdə qarşılaşdığı qonaqpərvərliyi qeyd etməyi unutmayıb: "Şəmkirdəki turnir dostum Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqar hər zaman bizimlədir. Məhz bu amil Şəmkir yarışının önəmliyini artırır. Təşkilatçılar onun adına layiq yarış təşkil edib. Təşkilatçılıq yüksək səviyyədədir, buna görə də təşəkkür edirəm".
Karyakin futbol üzrə Avropa çempionatında Rusiya yığmasına azarkeşlik etdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya Avro-2016-da layiqli oyunla fərqlənəcək.