Çexiyanın paytaxtı Praqaqadakı Avropa çempionatında uğur qazanmış Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Vətənə qayıdıblar.
Sportnet.az-ın məlumatına görə, qrossmeysterləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatında G.Məmmədzadə gümüş, Ü. Fətəliyeva isə bürünc medal əldə edib.