
Macarıstanlı üzgüçü Kriştof Milak 23 qat olimpiya çempionu Maykl Felpsə məxsus rekordu qırıb.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı idmançı buna Cənubi Koreyanın Kvancu şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatında nail olub.
Milak batterflay üsulla üzmə yarışında 1 dəqiqə 50.73 saniyəlik nəticə göstərməklə mundialda qızıl medal qazanıb.
Qeyd edək ki, bundan öncəki rekord ABŞ idmançısı Maykl Felpsə aid idi. Həmin rekord 1 dəqiqə 51,51 saniyə olub.