“Sərhədçi” klubu heyətinə yeni basketbolçu qatıb.
Sportnet.az xəbər verir ki, komanda ABŞ-dan olan oyunçu Cimmi Nikolsu transfer edib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Nikols artıq Azərbaycana gəlib və komandanın məşqlərinə qoşulub.
O, “Sərhədçi”nin sabah “Neftçi”yə qarşı keçirəcəyi oyunda meydana çıxa biləcək.