Azərbaycan Basketbol Liqasında çıxış edən "Quba" komandasında ayrılıq baş tutub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Levan Qoqaladze kollektivdən ayrılıb.
Qoqaladze bundan sonra Gürcüstan Yüksək Liqasında yarışan "Raşi"də oynayacaq.
Qeyd edək ki, gürcüstanlı basketbolçu 2 ildir "Quba"nın formasını geyinirdi.












































































