Braziliya basketbol liqasında 2019-2020 mövsümü davam etdirilməyəcək.
Sportnet.az-ın yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, koronavirus pandemiyasına görə təxirə salınan çempionat ləğv olunub.
Bununla bağlı qərar klubların ümumi razılığından sonra qəbul olunub.
Bildirilib ki, ölkəni beynəlxalq yarışlarda təmsil edəcək komandalar hazırkı sıralamaya əsasən müəyyənləşəcək.