Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, kişilər arasında Yüksək Liqanın IX turu fevralın 22-də baş tutacaq.
Saat 16:00-da “Murov” - “Xarı bülbül”, ardınca isə "Neftçi" - MOİK görüşünə start veriləcək.
Fevralın 23-də qadınların yarışında III dövrənin son matçları keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq IX turun ilk oyunu saat 16:00-da “Murov” və “Abşeron” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Azərreyl” - UNEC dueli başlayacaq.