Şahmat
üzrə dünya çempionu Maqnus Karlsen İspaniya çempionatının XIV turu çərçivəsində
keçiriləcək "Real Madrid” – "Selta Viqo” matçında topa ilk zərbəni endirəcək. Sportnet.az-ın
məlumatına görə, norveçli şahmatçı "Kral klubu”nun fanatıdır.
Karlsen
Soçidə hindistanlı Vişvanatan Anandla təşkil olunmuş görüşdə dünya çempionluğu
titulunu müdafiə etmişdir. Bundan sonra "Real”ın prezidenti Florentino Perez şahmatçını
matçda iştirak etməyə dəvət edib.
Qeyd edək ki, "Real” – "Selta” görüşü bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.