Moldova çempionatında cari mövsümdə ikinci komanda iştirakını dayandırıb. Sportnet.az-ın məlumatına görə, noyabr ayında "Kostulena” komandasının fəalliyətini dayandırmasından sonra, bu dəfə "Veris” çempionatdan imtina edib.
Komandanın çempionatda iştirakına son verməsinə əsas səbəb isə "Şerif”lə oyunlarda
hakimin qərəzli qərarları olub. "Xəzər Lənkəran”da çıxış etmiş Denis Kalinkova
qarşı kobudlu olsa da hakim penalti təyin etməyib.
Kişinyov
komandası üzvlükdən çıxarılıb, komandanın iştirak etdiyi bütün oyunların nəticələri
ləğv olunub, turnir cədvəli isə yenilənib. 16 turdan sonra "Veris” "Daçiya” və "Şerif”i
2 xal qabaqlayaraq ilk pillədə qərarlaşmışdı.
Qeyd
edək ki, Azərbaycan çemopionatında iştirak etmiş "Araz Naxçıvan” da bir müddət
öncə hakim qərarlarına etiraz əlaməti olaraq fəalliyətini dayandırmışdır.
"Veris”in heyətində vaxtilə Azərbaycan çempionatında iştirak etmiş futbolçulardan Denis Kalinkov "Xəzər Lənkəran”da, Dan Pisla isə "Muğan” və "Turan” klublarında oynayıb. Məşqçi Aleksey Savinov isə "Bakı”da çalışıb.