
Yeni mövsümün hazırlığını davam etdirən "Rəvan”ın qarşıdakı yoxlama matçlarının təqvimi məlum olub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "aslanlar"ın ilk rəqibi I Divizionda mübarizə aparan "Qaradağ Lökbatan" olacaq.
Qarşılaşma bu saat 19:30-da "Dalğa Arena"da keçiriləcək. 4 oyun keçirməyi planlaşdıran Ramil Əliyevin rəhbərlik etdiyi komanda növbəti görüşü isə avqustun 9-da Mil Muğan”, 13-də "Neftçala”, 16-da isə "Ağsu” ilə görüşəcək. "Bayıl Arena"da baş tutacaq görüşlərin hamısı 19:00-da başlayacaq.














































































