
Gürcüstanın paytaxtı Tbilisidə Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF 2015) start götürüb. Sportnet.az-ın məlumatına görə, festivalda 50 ölkədən 3500 idmançı mübarizə aparır.
Azərbaycanı idman gimnastikası, atletika, velosiped idmanı, cüdo, tennis, üzgüçülük növlərində üst-üstə 36 idmançı təmsil edir. "EYOF 2015"in proqramına isə ümumilikdə 9 idman növü salınıb. Festival avqustun 1-dək davam edəcək.
Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 26-da keçirilib.