
"Kəpəz" üç futbolçu ilə müqaviləni yeniləyib.
Sportnet.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Əli Səmədov və Məmməd Hüseynovla 1 illik, Ümid Səmədovla 2 illik anlaşma imzalanıb.
Ə.Səmədov son çempionatda 24 oyun keçirərək 1 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. Hüseynov 7 matçda qapını qoruyub. Ü.Səmədov isə 11 görüşdə meydana çıxıb.