Gəncə şəhərində keçirilən Aerobika gimnastikası üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.
Sportnet.az xəbər verir ki, final mərhələsində yığma üzvləri - qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla rəqiblərini geridə qoyub.
Beləliklə, onlar Avropa çempionu olub.









































































