İspaniya "Real Madrid"inin futbolçusu Kilian Mbappe İspaniya La Liqasının XV turunda “Selta”ya 0:2 hesabı ilə uduzduqları qarşılaşmada zədə alıb.
Sportnet.az Sport.es-ə istinadən xəbər verir ki, fransalı hücumçu oyun zamanı sol əlindəki adsız barmağını sındırıb. Zədəyə baxmayaraq, Mbappe matçı sonadək davam etdirib.
Məlumata görə, hücumçu zədəli olsa da, dekabrın 10-da Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Mançester Siti” – “Real Madrid” oyununda iştirak edə biləcək.
Qeyd edək ki, “kral klubu”nun daha bir futbolçusu – müdafiəçi Eder Militao da “Selta” ilə görüşdə xəsarət alıb.
Bu mövsüm Mbappe klub və milli komandada ümumilikdə 25 oyunda 30 qol vurub və 7 məhsuldar ötürmə edib.












































































