"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Kəpəz"ə qarşı Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda meydandan qovulub.
Sportnet.az-ın xəbərinə görə, buna türkmənistanlı mütəxəssisin 65-ci dəqiqədə dördüncü hakim Elvin Bayramovu itələyərək, sərt formada irad bildirməsi səbəb olub.
Baş hakim Əli Əliyev Bayramovun onu məlumatlandırmasından sonra Berdıvə birbaşa qırmızı vərəqə göstərib. Təcrübəli mütəxəssis texniki zonanı tərk etdiyi vaxt dördüncü hakimi hədələyib.
Qeyd edək ki, hazırda "Turan Tovuz" hesabda öndədir - 1:0. Daha əvvəl - 41-ci dəqiqədə komandanın köməkçi-məşqçisi Yunis Hüseynov da hakimə etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb.








































































