Apellyasiya Arbitraj Tribunalı I Liqada çıxış edən “Mingəçevir” klubunun “Şəfa” ilə səfər oyunu ilə bağlı AFFA İntizam Komitəsinin qərarından şikayətinə baxıb.
Sportnet.az-ın məlumatına görə, apellyasiya şikayəti təmin edilib.
Oyunun 45-ci dəqiqəsində “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 4 oyuna buraxılmaması barədə İntizam Komitəsi ona 4 oyunluq cəza verib.
Tribunal cəzanın 1 oyunluq hissəsini İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salıb və 58 yaşlı mütəxəssisə 6 aylıq sınaq müddəti təyin edilib.
Beləliklə, Ramiz Məmmədov martın 18-də səfərdə "Baku Sportinq"ə qarşı XIX tur matçında "Mingəçevir"ə texniki zonadan nəzarət edə biləcək.











































































