Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, olimpiya, dünya və 4 qat Avropa çempionunun 1/16 final mərhələsində rəqibi Yunanıstan təmsilçisi Konstantinos Tsaparas olub.
Sona bir dəqiqə qalmış qarşılaşmadan qalib ayrılan Heydərov növbəti mərhələyə yüksəlib.













































































