"Ümumilikdə pis oyun olmadı".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev evdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, əsas heyət oyunçularının bu və ya digər səbəblərə görə iştirak ərizəsində olmamaları ikinci hissədə bir qədər özünü göstərib: "Bəzi futbolçular fasilədən sonra yorulmağa başladılar. Amma mən onlara oyunlarına görə təşəkkürümü bildirdim".
Berdıyevin fikrincə, istənilən gənc oyunçu əsas heyətdə çıxış etməyi haqq etməlidir: "Heç kim heyətdə elə-belə oynaya bilməz. Hər biri bu hüququ qazanmalıdır".












































































