"Bu yarışın çox böyük sponsorları var. 20 ölkə 24 komanda 4 qitəni əhatə edir. Sözün həqiqi mənasında beynəlxalq yarışdır. Bütün dünya Euposport vasitəsilə mübarizəni izləyəcək".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi veloyürüşünün texniki direktoru Roland Hofer deyib.
Onun sözlərinə görə, 10 mayda start götürəcək turnirdə ilk dəfə aralıq sprint yarışı olacaq. Hofer veloyürüşə tam hazır olduqlarını bildirib: "Qəzasız çox maraqlı turun keçməsini arzulayıram".
Hofer yarışın səviyyəsindən də söz açıb: "Azərbaycan veloyürüşlərə ev sahibliyi edən ölkələrdəndir" Ev sahibliyi səviyyəsi həqiqətən də çox yüksəkdir. Gələn mövsümdən kateqoriyanın 2.1-dən yuxarı qalxması mümkündür".


















































































