2026-cı il dünya çempionatının E qrupunda II turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Kanadaın Toronto şəhərində yerləşən "BMO Field" stadionunda Almaniya və Kot-d'İvuar milliləri üz-üzə gəliblər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma Bundestimin əzmkar qələbəsi ilə yekunlaşıb - da qalib müəyyənləşməyib – 2:1.
Hesabı 30-cu dəqiqədə Kot-d'İvuar yığmasının yarımmüdafiəçisi Frank Kessi açıb. Almaniya millisi isə 68-ci və 90+4-cü dəqiqələrdə hücumçu Deniz Undavın qolları ilə geridönüş edib.
Bu nəticədən sonra xalını 6-ya çatdıran Almaniya millisi vaxtından əvvəl 1/16 finala vəsiqə qazanıb.
İlk turda Kürasaonu 7:1 hesabı ilə darmadağın etmiş Bundestim son turda Ekvadorla qarşılaşacaq. 3 xala malik Kot-d'İvuar isə Kurasaonu sınağa çəkəcək.
Dünya çempionatı 2026
E qrupu, II tur
Almaniya – Kot-d'İvuar 1:1
Qollar: Deniz Undav, 68; 90+4 - Frank Kessi, 30
Toronto (Kanada), "BMO Field" stadionu















































































