
Əfsanəvi braziliyalı futbolçu 2000-ə yaxın şəxsi əşyalarnı hərraca çıxaracaq. Sportnet.az-ın məlumatına görə, onlar arasında dünya çempionatında (1958, 1962 və 1970-ci illərdə) qazandığı qızıl medallar və Jül Rim adına mükafatın nüsxəsi də var. Hərrac bu ilin iyunun 7-dan 9-dək Londonda keçiriləcək. Əldə olunan maliyyə vəsaitinin bir hissəsi Braziliyanın Kuritiba şəhərindəki uşaq xəstəxasına köçürüləcək.
Xatırladaq ki, 75 yaşlı Pele futbolçu karyerasını 1977-ci ildə bitirib. O, Barziliya yığmasında çıxış etdiyi 92 matçda 77 qol vurub.