1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan velosipedçisi Çində 6-cı oldu
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını başa vurub. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışın sonuncu - 13-cü mərhələsində iştirakçılar 135 km məsafə qət ediblər.
6 velosipedçimizdən 5-i - Yannis Tamuridis, Matey Müqerli, Samir Cəbrayılov, Maksim Averin və Elçin Əsədov finişi mərhələ qalibi ilə eyni vaxtda - 2 saat, 54 dəqiqə, 2 saniyəyə keçib. Fotofinişə əsasən ən yaxşı göstərici Yannis Tamuridisə məxsusdur - 9-cu yer. Markus Eybeger isə qalibdən 28 saniyə geri qalıb.
Beləliklə, 13 mərhələnin yekununa əsasən, ümumi təsnifatın ilk onluğunda komanda üzvlərimizdən bir nəfər yer alıb. Matey Müqerli yarış qalibinə 3 dəqiqə, 30 saniyə uduzmaqla 9-cu yeri tutub. Komanda hesabında isə "Synergy Baku" 22 kollektiv arasında 6-cı olub.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edib. Onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub olub.