1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Velosipedçimizin Çində yürüş zamanı qolu sındı
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.
Yarışın 188 km-lik 2-ci mərhələsi komandamız üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, Samir Cəbrayılov və Aleksandr Surutkoviç 2 dəfə onlardan öndə baş verən toqquşmadan qaça bilməyiblər. İlk epizodda velosipedçilərimiz mübarizəni davam etdirə bilsələr də, 2-ci toqquşma zamanı Aleksandr Surutkoviçin sağ qolu sınıb və o Çin turnirində iştirakını yarımçıq dayandırıb.
Digər velosipedçilərimizin çıxışına gəlincə, onların hamısı məsafəni mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçən pelotonun içərisində olublar - 4 saat, 26 dəqiqə, 27 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 12-ci yer. Maksim Averin 25-ci, Matey Müqerli 35-ci, Elçin Əsədov isə 37-ci olub.
2 mərhələdən sonra "Synergy Baku" komanda hesabında 22 kollektiv arasında 2-ci yerdədir. Sabah iştirakçılar Sinin şəhərindən Qinkaya qədər olan dağlıq yollarla 148 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.