1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rio-2016"ya daha 2 lisenziya
Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Olqa İsmayılova 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına 2 lisenziya əldə edib. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Sportnet.az-a verilən məlumata görə, artıq bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Milli Olimpiya Komitəsinə və AVİF-ə təsdiq məktubu göndərilib.
Qadın velosipedçi 4 illiyin zirvə yarışında Azərbaycanı həm sprint, həm də keyrin yarışlarında təmsil edəcək. Bunadək şosse velosipedçimiz Maksim Averin də "Rio-2016"ya lisenziya qazanıb.
Qeyd edək ki, UCİ-nin reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəkli 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) velosipedçilər dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Olqa İsmayılova həm sprint, həm də keyrin növündə olimpiadada iştirak hüququ əldə edən 27 velosipedçi sırasına düşməyi bacarıb.